Ronaldu 300 nəfərin müalicə xərcini ödədi FOTO


Digərləri 21 Okt 2017 20:57:00 307 0

Ronaldu 300 nəfərin müalicə xərcini ödədi  FOTO

Futbol üzrə Portuqaliya millisinin və İspaniyanın "Real Madrid" komandasının hücumçusu Kriştianu Ronaldo xeyirxah addımı ilə pərəstişkarlarını növbəti dəfə sevindirib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, xeyirxahlığı və yardımsevərliyi ilə tanınan ulduz futbolçunun ölkəsində baş vermiş yanğın nəticəsində xəsarət alan 300-dən çox şəxsin müalicə xərclərini ödədiyi məlum olub. K.Ronaldonun bacısı Katya Aveyru "Facebook" səhifəsində bu barədə yayılan xəbərləri təsdiqləyib.

Qeyd edək ki, Portuqaliyanın Pedroqau Qrande regionunda baş vermiş yanğın nəticəsində 62 nəfər həlak olub və xeyli sayda insan xəsarət alıb.


Xəbərə aid fotolar