Gürcüstanda keçirilən bələdiyyə seçkiləri başa çatıb


Dünya 21 Okt 2017 20:47:00 309 0

Gürcüstanda keçirilən bələdiyyə seçkiləri başa çatıb

Seçkilər 3 min 644 seçki məntəqəsində keçirilib

Gürcüstanda yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilər başa çatıb.

Son.az "Report"a istinadən bildirir ki,seçki məntəqələri Bakı vaxtı ilə 20:00-da bağlanıb. . "Seçkilər dinc, sakit şəraitdə keçib, heç bir ciddi qanun pozuntusu qeydə alınmayıb, seçicilər özlərini sərbəst ifadə etmək imkanına malikdirlər", - deyə Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) nümayəndələri jurnalistlərə bildiriblər. MSK-nın məlumatına görə, 17:00 üçün seçicilərin seçkilərdə fəallığı 36,7 faiz təşkil edib ki, bu da 2014-cü ilin analoji seçkilərindəkindən bir qədər çoxdur. Həmin zaman fəallıq 35 faiz təşki edib. Gürcüstan qanunlarına görə, seçicilərin iştirak faizindən asılı olmayaraq seçkilər baş tutmuş hesab olunur.