Formula 1 maşınlarının qiymətləri nə qədərdir? FOTO


Digərləri 21 Okt 2017 20:05:00 360 0

Formula 1 maşınlarının qiymətləri nə qədərdir?  FOTO

Formula1 get-gedə ölkəmizdə də populyarlaşır. Əlbəttə, ölkəmizdə keçirilən Azərbaycan Qran Prisi dünyanın ən sürətli idman növünə olan marağı daha da artırır. Həm yarışları canlı izləyənləri, həm də mütəmadi olaraq TV-dən izləyənləri F1 maşınlarının qiymətləri maraqlandırır. Sözün düzü ən yeni texnikanı heç bir komanda satmaz, çünki rəqiblər bu maşını almaqla komandanın sirlərinə yiyələnə bilərlər. Amma bir müddət keçdikdən sonra, xüsusən də müflis olmuş komandalar texnikalarını satışa çıxarırlar. Eyni zamanda, alver saytlarında vaxtılə hansısa kolleksiya sahibinin satışa çıxardığı modellərə də rast gəlmək olar. Avtosfer.az xəbər verir ki, F-1.az Britaniyanın RaceCarsDirect portalında hazırda satışda olan 15 F1 maşınının olduğunu müəyyən edib. Gəlin onları birlikdə nəzərdən keçirək.

Ensign N177

Son.az avtosfer.az-a istinadən bildirir ki, 1977-ci ildə Ensign komandanın hazırladığı bu maşını 1977-1979-cu illərdə çempionatda Kley Reqatsoni, Jaki İks, Nelson Pike, Patrik Tambe və Derek Deli idarə etmişdilər. İlk debüt yarışındaca Reqatsoniyə 6-cı yerə görə 1 xal qazandırmışdı. Ən yaxşı nəticəsi isə 4 dəfə 5-cilik olmuşdu. Bu maşını almaq istəyən sürət həvəskarı 295 min funt sterlinq (645 min manat) ödəməli olacaq...

Toleman TG185

Toleman komandasının 1985-ci ildə hazırladığı son maşındır. Komanda Ayrton Senna kimi həm sürətli, həm də varlı sürücünü itirdikdən sonra yeni maşını mövsümün əvvəlinə hazırlaya bilməmişdi. Benetton şirkəti ilə sponsor müqaviləsi imzalandıqdan sonra maşın mövsümün 4-cü yarışına hazırlanmışdı və əsas sürücü kimi Teo Fabi tərəfindən idarə olunmuşdu. Nürburqrinqdə italiyalı sürücü bu maşınla poul qazanmışdı, amma təəssüf ki, start aldığı 13 yarışın yalnız 2-də finiş görə bilmişdi: 12-ci və 14-cü yerlərdə. Mövsümün sonunda isə komanda Benetton şirkətinə satılmışdı. Bu gözəl maşını almaq istəyən kolleksioner 225 min funt sterlinqindən (492 min manat) keçməli olacaq...

Arrows A9

Arrows komandasının 1986-cı il üçün hazırladığı A8 modelinin təkmilləşmiş versiyası idi, amma Tyerri Butsen həm Almaniyada, həm də Avstriyada start aldığı yarışların heç birində finişə çata bilməmişdi. Kristian Danner isə cümə və şənbə günlərini A9-la keçirsə də, bazar günü yarışa A8-lə qatılmışdı. Maşın gələcək sahibinə cəmi 175 min funta (383 min manat) başa gələcək...

Tyrrell 017


Xəbərə aid fotolar