Qoz yarpağının suyunun faydaları


Digərləri 21 Okt 2017 20:10:00 546 0

Qoz yarpağının suyunun faydaları

Qoz yarpağının suyu damarları qoruyucu, dərini təmizləyici, ishalı kəsən, sızanaqları aradan qaldıran xüsusiyyətlərə malik olmaqla göbələk xəstəliklərində qarşı da təsirlidir. Bundan əlavə, immuniteti qoruyan xüsusiyyətləri də mövcuddur.

Son.az deyerler.org-a istinadən bildirir ki, qozun qanın laxtalanmasını əngəlləyən bir təsiri vardır. Qan dövranını nizamlayır və qaraciyər üçün olduqca əhəmiyyətlidir. Qoz yarpağının suyu həzm pozuntusuna, qəbizliyə, iştahsızlığa və qan təmizliyinə qarşı yaxşı təsir göstərir. Dəri xəstəliklərində antiseptik olaraq istifadə edilir.   Qoz yarpağının suyu necə hazırlanır? İki fərqli üsul ilə hazırlana bilər. 1) Bir çay qaşığı qadər incə doğranmış qoz yarpağını 1 stəkan qaynar su ilə birlikdə qaynadılar. 4-5 dəqiqə boyunca dəmlənməsi lazımdır. Dəmlənmə sonunda süzülür. Sonra bu çay gün ərzində 1-2 stəkan qədər içilməlidir. 2) Bir çay qaşığı qadər incə doğranmış qoz yarpağı ilə 1 stəkan soyuq su bir qaba əlavə olunur və su qaynama istiliyinə qədər çatdırılmalıdır. Su qaynadıqdan sonra süzülür və içiləcək hala gətirilir. Bu məhlulu gündə 2-3 dəfə içmək lazımdır.