Azərbaycan Vaşinqtonda Baş Qərargah rəislərinin görüşündə iştirak edəcək


Digərləri 21 Okt 2017 16:18:00 252 0

Azərbaycan Vaşinqtonda Baş Qərargah rəislərinin görüşündə iştirak edəcək

Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi ABŞ-a yola düşüb.

Bakı. Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi ABŞ-a yola düşüb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov oktyabrın 24-də Vaşinqton şəhərində “Zorakı Ekstremist Təşkilatlarla Mübarizə” mövzusunda Baş Qərargah rəisləri səviyyəsində keçiriləcək görüşdə iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarına yola düşüb.