Türkiyə "Qazprom"a müsbət rəy verib


İqtisadiyyat 21 Okt 2017 15:35:41 295 0

Türkiyə "Qazprom"a müsbət rəy verib

Şirkətin "Türk axını" layihəsi çərçivəsində ətraf mühitə təsirə dair hesabatı müsbət qiymətləndirilib

Türkiyə öz sahilində Rusiyanın "Qazprom" şirkətinin "Türk axını" layihəsinin son məntəqəsinin ətraf mühitə təsirinə dair hesabata müsbət rəy verib.

"Report"un "Interfax"a istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın energetika nazirinin müavini Anatoli Yanovski məlumat verib.

Rusiya mətbuatı yazır ki, bu boru xətti ilə tədarük olunacaq qazın qiymətinə dair məsələ hazırda Energetika Nazirliyi səviyyəsində müzakirə edilmir.

Qeyd edək ki, "Qazprom" Ukrayna ərazisindən keçən yolu qısaltmaq üçün Qara dənizi vasitəsilə "Türk axını" qaz kəmərini tikir. Boru xəttinin planlanan nəqletmə gücü illik 31,5 mlrd. kubmetrdir. Türkiyənin bu layihədən ildə 15,75 mlrd. kubmetr təbii qaz alması və qalan 15,75 mlrd. kubmetr qazın Avropaya ixrac edilməsi nəzərdə tutulur.