Həbsdən çıxan müğənni: "Erməni başıma murdar bir şey tökürdü..."


Digərləri 21 Okt 2017 14:54:00 349 0

Həbsdən çıxan müğənni: "Erməni başıma murdar bir şey tökürdü..."

Son.az lent.az-ın həbsdən yenicə çıxmış müğənni Maral Tahirqızı ilə müsahibəsini təqdim edir:

- Maral xanım, ailəlisinizmi?

- Xeyr, hazırda subayam. Ailəli olub ayrılmışam. Mən 16 yaşında ailə qurmuşdum. İki il, üç ay ailəli olub, sonra ayrılmışam. Çünki ailələrində problemlər var idi. Yoldaşımın atasının əl-ayağı tutulmuşdu. Çox əsəbi idi, hər şeyə əsəbiləşirdi. Buna görə yoldaşım çıxıb getdi Rusiyaya. Mən də boşanıb çıxıb gəldim.

- Bəs övladınız varmı?

- Xeyr, övladım yoxdur. Evli olduğum vaxt hamilə qaldım, amma hamiləliyin 6-cı ayında nədənsə uşaq tələf oldu.

- Bəs nə əcəb yenidən ailə qurub, övlad sahibi olmağı düşünmədiniz?

- Sözün düzü, mən çox çətin zövqlü insanam. Nəsə alınmayıb. Mənə evlilik təklifləri çox olub, amma mənim qeyri-adi bir zövqüm var, heç kimi bəyənə bilmirəm.

- Yəni qərara gəlmisiniz ki, bu həyatı təkbaşına yaşayacaqsınız?

- Yox, demirəm tək qalacam. Ola bilər qarşıma elə bir adam çıxar ki, xoşuma gələr.

- Bəs həmin adam sizi hansı xüsusiyyətləri ilə özünə cəlb edə bilər?

- Birincisi, alicənab olsun, şəxsiyyəti, qüruru olsun. Əlbəttə ki, imkanı da olsun. İmkansız kişini heç kim istəməz. Mən kişi saxlayası deyiləm ki. (Gülür)

- Bilirik ki, 2 ildən çox müddətdə həbsdə idiniz. Necə oldu bu hadisə başınıza gəldi?

- Bunların hamısı mənim ürəyimin təmizliyindən başıma gəldi. Esmira adlı bir qadın mənə şər atdı. O, mənim üz-qaşımı almaq bəhanəsi ilə evimə gəldi və evimi əxlaqsızlıq üçün kirayə verdiyimi dedi. Guya mənə 20 manat pul verəcəkmiş. Mən həmin gün Qız Qalasının yanında fotosessiya elətdirmişdim, tamamilə başqa xəyallarım vardı, amma məni şər-böhtana saldılar.

- Həbsxanada günləriniz necə keçirdi?

- Bilirsiniz, həbsxanada yaxşı, mədəni insan da var, kobud, səviyyəsiz insan da. Orada müəllimlər, müdirlər, mühasiblər - hər cür adam var. Həyatda onları görürük, amma tanımırıq, həbsxanada isə yaşam tərzi bir yerdə olduğu üçün onları daha yaxşı tanımaq olur.

- Bəs siz kiminlə yaxşı anlaşırdınız, oturub-dururdunuz?

- Kimin təbiəti ağırdır, dava-dalaşla işi yoxdur, çalışırdım onlarla oturum. Davakar adamlardan uzaq qaçırdım.

- Adətən filmlərdə həbsxanaya yeni gətirilən məhbusa digər məhbuslar müəyyən problemlər yaradır, onlarla dalaşmağa çalışırlar. Bəs real həyatda necədir? Həbsxanaya ilk getdiyiniz vaxt necə bir münasibətlə qarşılandınız? Bilirdilər ki, siz müğənnisiniz?  

- Hər şey adamın özündən asılıdır. Məsələn, mən gedəndə kənardan mənə söz atırdılar ki, bu necə müğənnidir, 20 manata görə bura düşüb? Eşidirdim, amma özümü eşitməzliyə vurub keçirdim. Həm də müəssisə rəhbərliyi söz-söhbət salanı, dava-dalaş edəni ciddi cəzalandırırdı. Adam var idi ki, özü yalandan söz-söhbət yaradırdı, qaçıb xəbər verirdi ki, filankəs mənə belə dedi. Belələri "işverən" işləyirdi. Orada da "işverənlər" var. Onlar bu cür söhbətlərlə "paqona padxod" edirdilər ki, onların dostluğunu qazanıb, yaxın olsunlar. Amma mən belə şeyləri bacarmaram.

Bir də məni hamamda çox yaxalanan adam kimi tanıyırdılar. Bizə 15 dəqiqə vaxt verirdilər. Adam var idi, 3-5 dəqiqəyə çimib çıxırdı. Mən bütün vaxtımı istifadə edirdim. Narazılıq edirdilər ki, Maral, çıx. İstər-istəməz söz-söhbət yaradırdılar.