"Real" 17 yaşlı futbolçunu heyətinə qatmaq istəyir


İdman 21 Okt 2017 13:34:00 309 0

"Real" 17 yaşlı futbolçunu heyətinə qatmaq istəyir

“Palmeyras”ın yarımmüdafiəçisi Alan de Souza karyerasını “Real”da davam etdirməyə yaxındır.

Goal.az xəbər verir ki, tərəflər arasında aparılan danışıqlar artıq müsbət yekunlaşıb. De Souza 18 yaşına çatdıqdan sonra, gələn ilin martında “Kral klubu”na qoşulacaq.

Hazırda Braziliya yığmasının heyətində 17 yaşlılar arasında dünya çempionatında mübarizə aparan gənc futbolçu əvvəlcə “Rel Madrid Kastilya”da forma geyəcək.