“CinemaPlus" kinoteatrında “Təhmin və Zaur" filminin premyerası keçirilib


Digərləri 21 Okt 2017 13:24:07 188 0

“CinemaPlus" kinoteatrında “Təhmin və Zaur" filminin premyerası keçirilib

Tədbirdə şou-biznes nümayəndələri, məşhur aktyorlar, rejissorlar, televiziya aparıcıları və digər KİV-lərin nümayəndələri iştirak edib

Premium kinoteatr “CinemaPlus Gənclik Mall”da "Cinemazadeh" studiyasının istehsalı olan "Təhmin və Zaur" filminin premyerası keçirilib.

"Report"un məlumatına görə, tədbirdə şou-biznes nümayəndələri, məşhur aktyorlar, rejissorlar, televiziya aparıcıları və digər KİV-lərin nümayəndələri iştirak edib. 

Premyera öncəsi filmin yaradıcı kollektivi çoxsaylı qonaqların və jurnalistlərin əhatəsində qırmızı xalça üzərindən keçiblər. 

Filmin rejissoru Zaur Mirzazadə bütün yaradıcı kolllektivə minnətdarlığını bildirib. Həmçinin qonaqları "CinemPlus" kinoteatrlar səbəkəsinin baş direktoru Zaur Darabzadə, "CinemPlus" kinoteatrlar səbəkəsinin baş direktor müavini və "Cinemazadeh" studiyasının baş direktoru Cəfər Axundzadə salamlayıblar. 

Bildirilib ki, oktyabrın 19-dan etibarən tamaşaçıların ixtiyarına verilən ekran əsəri Bakı kinoteatrları ilə yanaşı Gəncə və Naxçıvan kinoteatrlarında da nümayiş etdiriləcək. 

Komediya janrında olan filmin rejissoru Zaur Mirzəzadədir. Ekran əsərində baş rolları Elcan Rəsulov, Fərda Xudaverdiyev və Kəmalə Piriyeva canlandırır.

Filmin süjet xəttinə əsasən, Tənha qadınları aldaraq dələduzluqla məşğul olan cavan oğlanın həyatında bir mələk peyda olur və ona yeddi gün ərzində evlənməyəcəyi təqdirdə öləcəyini deyir. Sağ qalmaq üçün hər yola əl atmağa hazır olan baş qəhrəmanın başına gözlənilməz və gülməli hadisələr gəlir.

Qeyd edək ki, tədbirin təşkilinə Cinema Distribution, Buddha-bar, "Hillside"dan premium çaxırlar, Red Bull, TNT kuryer xidməti , 106 FM radiosu və NewLine dəstək verib.