Mehriban Xanlarova məhkəmə ilə hədələdi: "...ləçərliklə, həyasızlıqla səs toplayıb"


Şou-biznes 21 Okt 2017 12:58:00 706 0

Mehriban Xanlarova məhkəmə ilə hədələdi: "...ləçərliklə, həyasızlıqla səs toplayıb"

Əməkdar artist, tanınmış aktrisa Mehriban Xanlarova Elşad Xose ilə mübarizəsinə son verərək, şou əhlini hədəfə alıb.

Son.az xəbər verir ki, yeniçag.az-a açıqlama verən aktrisa onu təhqir edən məşhurları məhkəməyə verəcəyini deyib:

"Elşad artıq şoudan getdi. Vüsalə sağ olsun, qadın həmrəyliyini göstərdi və mənim intiqamımı ondan aldı. Daha Elşadla işim yoxdur. Şoudan çıxanda məni qucaqlayıb, əlimdən öpdü. Qulağıma da pıçıldadı ki, səni çox sevirəm, bağışla, bu, bir oyundur. Mənim onunla əvvəllər problemim olmayıb, onu Oksanaya görə tanımışam. Ancaq şəxsiyyətimi təhqir edən şou-biznes nümayəndələri məni qarşılarında görəcəklər. Sosial şəbəkədə ağızlarına gələni yazırlar. Düzdür, ad çəkmirlər, amma yazırlar ki, əməkdar artist adını almaqla deyil, ləçərliklə, həyasızlıqla səs toplayıb. Bu da mənə ünvanlanmış ifadədir, çünki, "Maşın şou"da məndən başqa əməkdar artist olmayib.