Ərəb şeyxdən fitva: "Təcavüzə uğrayan qadınlar özləri günahkardır"


Dünya 21 Okt 2017 12:22:00 450 0

Ərəb şeyxdən fitva: "Təcavüzə uğrayan qadınlar özləri günahkardır"

Səudiyyə Ərəbistanlı din xadimi Əhməd bin Səad Əl Qarni qadınların zorakılığa məruz qalmasında özlərinin günahkar olduğunu deyib.

Son.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, qadınların kişiləri zina etməyə təşviq etdiklərini bildirib.

"Allaha and olsun, əgər bir kişi qadına təcavüz etsə, qadın evə qayıdıb ağlayacaq ki, onun ləyaqətinə toxunublar. Qadın evdən çıxmazdan əvvəl makiyaj edib, ətir vurur ki, bu da fahişəlikdir" - din xadimi bu sözləri açıqlamasına əlavə edib.

Əl Qarninin bu sözlərdən sonra Səudiyyə Ərəbistanındakı qadınların sərt reaksiyası ilə üzləşib.