Həyat yoldaşını qətlə yetirən şəxs polisə təslim oldu


Digərləri 21 Okt 2017 12:13:00 300 0

Həyat yoldaşını qətlə yetirən şəxs polisə təslim oldu

Tərtər rayon sakini həyat yoldaşını qətlə yetirib.

Bakı. Samir Əli - Tərtər rayon sakini həyat yoldaşını qətlə yetirib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, oktyabrın 20-də Tərtər rayonunun Bəyimsarov kəndində Bakı şəhər sakini Emin Hüseynov münaqişə zəminində arvadı Rufanə Cəfərliyə bıçaqla xəsarət yetirib və nəticədə R.Cəfərli hadisə yerində ölüb. E.Hüseynov könüllü Tərtər RPŞ-yə gələrək istintaqa təslim olub. Faktla əlaqədar cinayət işi başlanıb.