Ekspert: Azərbaycan D-8 sammitinin güclənməsində vacib rol oynaya bilər


Digərləri 21 Okt 2017 11:40:11 284 0

Ekspert: Azərbaycan D-8 sammitinin güclənməsində vacib rol oynaya bilər

Azərbaycanın D-8 sammitində iştirak etməsi bir daha sübut edir ki, qardaş ölkə bu formatın güclənməsində vacib rol oynaya bilər

Azərbaycanın D-8 sammitində iştirak etməsi bir daha sübut edir ki, qardaş ölkə bu formatın güclənməsində vacib rol oynaya bilər. Bunu Trend-ə Paris Universitetinin Mədəni diplomatiya kafedrasının müdiri, Strateji Araşdırmalar Diplomatiya Mərkəzinin rəhbəri, ekspert Naciye Selin Şenocak Azərbaycan Prezidentinin D-8 sammitində xüsusi qonaq qismində iştirakını şərh edərkən deyib. Onun sözlərinə görə, buna qədər Azərbaycan BMT-də bir sıra vacib təşəbbüslərlə çıxış edib ki, bu təşəbbüslər də sülhün bərpa olunmasına xidmət edə, eləcə də bütün İslam dünyasına nümunə ola bilər. N.S.Şenocak vurğulayıb ki, D-8 sammitinə lazımi diqqət verilsə, bu qurum Şanxay Əməkdaşlıq Təşkilatı kimi güclənə bilər. O, həmçinin qeyd edib ki D-8 Avropa İttifaqına alternativ bazar ola bilər. Qeyd edək ki, oktyabrın 20-də İstanbulda İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) “Əməkdaşlıq yolu ilə imkanları artırmaq” devizi altında IX Zirvə görüşü keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə xüsusi qonaq qismində Zirvə görüşündə iştirak edib.