Azərbaycanda ata qatilinə ömürlük həbs cəzası verildi FOTO


Digərləri 21 Okt 2017 11:32:00 306 0

Azərbaycanda ata qatilinə ömürlük həbs cəzası verildi  FOTO

Neftçalada 4 il əvvəl atasını və şahid qonşusunu qətlə yetirərək cinayəti gizlədə bilmiş oğul ömürlük, ana 14 il, digər oğul isə 16 il azadlıqdan məhrum edildi.

Dünən Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Nizami Quliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında 2014-cü ildə Neftçala rayonunun Yuxarı Qaramanlı kənd sakinləri - 1961-ci il təvəllüdlü Aydın Dəmirovu və qonşuları, 1961-ci ildə anadan olmuş Kamal Rüstəmovu qətlə yetirmiş iki oğul və analarına və Kamal Rüstəmovun qətlinin iştikaşçısı olmuş daha iki nəfərə hökm oxunub.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, atasını güllə ilə vuraraq, cəsədini yandırıb hissəslərə bölərək, Kür çayına atmış və bunun şahidi olan qonşusunu qətlə yetirərək, cəsədini Bakı şəhərinə - Balaxanı qəsəbəsində kirayə qaldığı evə apararaq manqalda yandırmış 25 yaşlı Emin Aydın oğlu Heybətov ömürlük, anası Tükəzban Habil qızı Heybətova 14 il, Kamal Rüstəmovun qətlinin iştirkaçıları olmuş digər oğlu Amil Aydın oğlu Heybətov 16 il 8 ay, Cəlilabad rayon sakinləri Cavid Əliyev 13 il 6 ay və Ruhid Şükürov 12 il 6 ay azadlıqdan məhrul ediliblər.

Xəbər verdiyimiz kimi, ötən il hüquq-mühafizə orqanlarının yüksək peşəkarlıqla həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində Neftçala rayonu Yuxarı Qaramanlı kənd sakini, 2014-cü ilin fevralın ayında taksilik fəaliyyəti ilə məşğul olduğu avtomobillə evdən çıxaraq bir daha geri qayıtmayan 50 yaşlı Rüstəmov Kamal Ədalət oğlunun qətlə yetirildiyi məlum olmuşdu. Cinayətin açılması isə qonşuluqda yaşayan, 3 il əvvəl itkin düşmüş kənd sakini 55 yaşlı Heybətov Aydın Dəmir oğlunun qətlinin üstünün açılması nəticəsində baş vermişdi.


Xəbərə aid foto