Oksanadan Elşadın "Maşın"dan getməsinə münasibət


Şou-biznes 21 Okt 2017 11:40:00 334 0

Oksanadan Elşadın "Maşın"dan getməsinə münasibət

Ötən gün "Maşın" şounu tərk edən Elşad Xoseyə rəqqasə, keçmiş həyat yoldaşı Oksana Rəsulov dəstək olub. 

Son.az axsam.az-a istinadən xəbər verir ki, sənətçi bildirib ki, Elşad oradan getməklə məğlub olmayıb:

"Bu gün çox sevinirəm. Elşad Xose şouda favoritim idi. Şoudan öz sözü, mədəniyyəti ilə çıxdı. Həm dostluğunu, həm də cənablığını sübut etdi. Orada qalan bəzilərinin üzlərini, ədəblərini, dürüstlüklərini millət gördü. Hər şeydən önəmlisi tamaşaçı gözü tərəzidir. Allah hər kəsin ürəyinə görə versin. Bilirəm ki, insanlar hər zaman haq-ədalət tərəfində olacaqlar. 

Heç kim kiminsə keçmişinə gülüb, qınamasın. Heç kim bilmir sabah onun başına nələr gələ bilər.