Məşhur yazar "Qarabağ"ı təhqir etdi: xəbər silindi FOTO


Digərləri 21 Okt 2017 11:27:00 309 0

Məşhur yazar "Qarabağ"ı təhqir etdi: xəbər silindi  FOTO

Türkiyənin məşhur "Sabah" qəzetinin köşə yazarı Mövlud Tezel "Qarabağ" - "Atletiko" oyunundan sonra dünya mediasının diqqətini çəkən "ağdamlılar"ın azarkeşlərinin hazırladığı pankartı təhqir edib.

Yazarın "Futbol tarixinin ən kasıb, ən əzik, ən komik "koreografisi" bu olsa gərək. Olsun, yavaş-yavaş onlar da öyrənəcək futbol mədəniyyətini" ifadələrini işlətdiyi bu yazı qəzetin saytından çıxarılıb.

"Türk" yazarın təhqirəmiz yazısına Milliyyətçi Hərəkat Partiyasının liderlərindən olan, TBMM-nin millət vəkili Sinan Oğan tutarlı cavab verib:

""Qarabağ" ermənilərin işğalında olan bir Azərbaycan klubudur. Çətinliklə buraya qədər gəliblər. Hansı ağılla bu komandaya "Ezik" deyirsiniz? Bu halı ilə ən əzik deyil, ən "sempatik" azarkeşdir!

Mövlud Tezel millət vəkilinin tənqidindən sonra yazdığı "ezik" ifadəsinə görə sosial şəbəkə hesabından açıqlama verib: 

"İnsanların güləcəyi bir olayda milliyətçi siyasətimi aparırsınız?! Yazıda "ezik" A4 kağızla hazırlanan "koreografi"dir, "Qarabağ" deyil".

Maraq üçün bildirək ki, "Sabah" qəzetinin köşə yazarı Mövlud Tezel tez-tez erməni diasporasının fəaliyyətini öz yazılarında ön plana çıxarır.

Qeyd edək ki,  Twitter-də yazarın adına heştəq açılıb və orada türklər tərəfindən də yazar ciddi tənqid olunub.

Təhməz Təkin

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində


Xəbərə aid fotolar