Premyer Liqada IX turun daha iki oyunu keçiriləcək


İdman 21 Okt 2017 10:33:00 304 0

Premyer Liqada IX turun daha iki oyunu keçiriləcək

Bu gün Azərbaycan Premyer Liqasında IX turun daha iki oyunu keçiriləcək. 

Goal.az-ın məlumatına görə, turun ikinci günü “Neftçi”nin matçı ilə başlayacaq. 

Ardıcıl iki qələbə ilə durumunu yaxşılaşdıran Tərlan Əhmədovun yetirmələri “Kəpəz”in qonağı olacaq. Autsayder mövsümdə ilk dəfə doğma Gəncə stadionuna çıxacaq. Azərbaycanın iki ən köklü klubunun dueli rəqiblər üçün irəliləmək şansıdı. “Ağ-qaralar” da, Şahin Diniyevin yetirmələri də Azərbaycan derbisində qazanılacaq qələbə ilə turnir cədvəlində 2 addım önə keçə bilər. 

İkinci oyun günü lideri dəyişə bilər. “Sumqayıt”ın qonağı olacaq “Zirə” ən azı 1 günlük zirvəni ələ keçirmək imkanına malikdi. Bunun üçün Ayxan Abbasovun yetirmələrinə 1 xal da kifayətdi. Cari mövsümdə uduzmayan bakılılar Sumqayıt səfərində uğurlu seriyasını davam etdirməlidi. Samir Abasovun komandası isə itirmək üzrə olduğu mövqeyini qorumaq, avrokubok şanslarını zərbə altına salmamaq üçün qalib gəlməlidir.

 

Azərbaycan Premyer LiqasıIX tur21 oktyabr (şənbə)

15:00. “Kəpəz” – “Neftçi”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Orxan Məmmədov

AFFA nümayəndəsi: Namiq  Məstanov

Hakim-inspektor: Xaqani  Məmmədov

Gəncə şəhər stadionu

 

17:00. “Sumqayıt” – “Zirə”

Hakimlər: İnqilab Məmmədov, Mehman Mahmudov, Vaqif Musayev, Rəvan Həmzəzadə

AFFA nümayəndəsi: Elçin Məmmədov

Hakim-inspektor: Murad Məmmədov

Sumqayıt şəhər stadionu

 

 

Turnir cədvəli

1.

Qarabağ

7

6

1

0

14-3

19

2.

Zirə

8

5

3

0

15-5

18

3.

Qəbələ

8

5

1

2

11-8

16

4.

Sumqayıt

8

3

1

4

8-11

10

5.

Səbail

8

3

0

5

5-12

9

6

İnter

9

2

2

5

7-12

8

7.

Neftçi

8

2

1

5

9-9

7

8.

Kəpəz

8

1

1

6

5-14

4

 

Bombardir: Mahir Mədətov ("Qarabağ") - 5 qol