Qışda Azərbaycana bu ölkələrdən daha çox turist gələcək


Digərləri 21 Okt 2017 09:08:12 306 0

Qışda Azərbaycana bu ölkələrdən daha çox turist gələcək

Bu ilin qış turizm mövsümü ərzində Azərbaycana ilk növbədə Rusiya, Gürcüstan, İran, Türkiyə və ərəb ölkələrinin vətəndaşlarının turist kimi səfər edəcəyi gözlənilir.

Son.az bildirir ki, Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Trend-in sualına cavab olaraq, deyib ki, istər yay, istərsə də qış turizmi mövsümündə Azərbaycanda hədəf ölkələr hədəf bazarları sayılırlar: "Bu ölkələr ilk növbədə Rusiya, Gürcüstan, İran, Türkiyə və ərəb ölkələridir. Son vaxtlar ərəb ölkələrindən Azərbaycana turist axını intensiv şəkildədir. Bu axınların mövsümü yoxdur. Onlar həm yayda, həm də qışda Azərbaycana gəlirlər".

Nazir müavini qeyd edib ki, dünya praktikasında da yay turizm mövsümü qış turizm mövsümü ilə müqayisədə daha güclü olur: "Yayda istənilən ölkəyə, o cümlədən Azərbaycana da daha çox turist gəlir".