5G istifadəçilərinin sayı 1 milyarda yaxınlaşacaq


Digərləri 21 Okt 2017 08:51:00 284 0

5G istifadəçilərinin sayı 1 milyarda yaxınlaşacaq

"CCS Insight" şirkətinin mütəxəssislərinin proqnozuna görə, beşinci nəsil mobil rabitə şəbəkəsi əvvəlki "4G" standartı ilə müqayisədə daha sürətli tətbiq olunacaq. Gözləntilərə görə, 2023-cü ilin ortalarına kimi "5G" şəbəkəsində dünyada mobil qoşulmaların sayı 1 milyarda yaxınlaşacaq ki, bu göstəricinin də 50%-dən çoxu Çinin payına düşəcək.

Son.az ICTnews-a istinadən bildirir ki, Cənubi Koreya, Yaponiya və ABŞ ilk kommersiya tipli "5G" şəbəkəsini istifadəyə verməyə çalışsalar da, "5G" abunəçilərinin sayına görə Çin lider olacaq. Avropa regionu "5G" texnologiyasının tətbiqi planında 1 il geri qalacaq.

Analitik şirkətin qiymətləndirməsinə görə, 2022-ci ildə "5G" mobil rabitə şəbəkəsi abunəçilərinin 50%-dən çoxu Çinin payına düşəcək. 2025-ci ilə Çinin payı nisbətən azalacaq və 40% təşkil edəcək.