Kabil raket atəşinə tutulub


Dünya 21 Okt 2017 08:40:00 293 0

Kabil raket atəşinə tutulub

Əfqanıstanın paytaxtı Kabildə partlayış baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə "Tolo News" telekanalı xəbər verib.   İlkin məlumata əsasən, Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) qərargahının ərazisinə bir neçə raket mərmisi düşüb.   Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.   Telekanala görə, partlayış baş verən ərazidə bir çox inzibati binalar, prezident sarayı, xarici səfirliklər və  beynəlxalq hava limanı yerləşir.   Qeyd edək ki, ötən axşam Əfqanıstanın paytaxtında məsciddə törədilən partlayış nəticəsində azı 40 nəfər ölüb.