Türkiyə Əfqanıstanda baş verən terror aktını pisləyib


Dünya 21 Okt 2017 08:13:00 267 0

Türkiyə Əfqanıstanda baş verən terror aktını pisləyib

Türkiyə Kabildə və Qur vilayətində baş verən terror aktlarını pisləyir.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə XİN-in bəyanatında bildirilir.

"Qətiyyətlə Əfqanıstanın ictimai əminamanlığını pozan müqəddəs yerlərə baş verən hücumları qınayırıq", deyə XİN bildirib. Qurum ölənlərin yaxınlarına, əfqan xalqı və hökumətə baş sağlığı verir, yaralananlara tezliklə sağalmağı diləyib.