Ərəblər çərpələngdən enerji alacaqlar


Digərləri 21 Okt 2017 08:01:00 272 0

Ərəblər çərpələngdən enerji alacaqlar

Səudiyyə Ərəbistanında çərpələnglərin  köməyilə elektrik enerjisi hasil ediləcək əldə edilməsi üzrə yeni üsul təklif edib. Mühəndislər turbinləri Yer kürəsinin səthində deyil, havada yerləşdirməyi təklif ediblər.

Son.az ICTnews-a istinadən bildirir ki, Georqi Stençikovun rəhbərliyi altında külək turbinlərinin effektivliyini araşdıran universitetin mühəndislərinin qənaətinə görə, Yer kürəsinin səthində hava axınları son dərəcə dəyişkəndir. Amma NASA-dan müxtəlif hündürlükdə küləyin gücü haqda əldə edilmiş informasiyanı ətraflı araşdırmış alimlər yeni tip aeroturbinlərin bərkidilməsi üçün ən müvafiq nöqtələri və hündürlüyü hesablaya biliblər.

Yüksək hündürlükdə daima əsən güclü küləklər hava turbinlərinin enerji səmərəliliyi problemini həll etməkdə kömək edə bilər, buna görə mühəndislər belə qənaətə gəliblər ki, kabellərin köməyi ilə Yer kürəsi ilə  birləşdirilmiş hava turbinləri ənənəvi külək mühərriklərini tam əvəz edəcək.