Britaniya Rəqqanın İŞİD-dən azad olunmasına 1 mlrd. dollardan çox vəsait sərf edib


Dünya 21 Okt 2017 07:59:09 271 0

Britaniya Rəqqanın İŞİD-dən azad olunmasına 1 mlrd. dollardan çox vəsait sərf edib

Krallığın Müdafiə Nazirliyi bu vəsaiti üç il ərzində xərcləyib

Böyük Britaniya İŞİD terror təşkilatının Suriyadakı əsas istinadgahı olan Rəqqa şəhərinin azad olunmasına 1 milyard dollardan çox vəsait sərf edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü "Press Association" nəşri məlumat yayıb.

Bildirilir ki, Krallığın Müdafiə Nazirliyi bu vəsaiti üç il ərzində sərf edib. Həmin müddət ərzində London ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın tərkibində İŞİD-ə qarşı müqavimət göstərib.

Rəqqaya hücum iyunun 6-da başlanıb.