Kabildə diplomatik nümayəndəliklər yerləşən məhəllə raket atəşinə tutulub


Dünya 21 Okt 2017 06:59:17 312 0

Kabildə diplomatik nümayəndəliklər yerləşən məhəllə raket atəşinə tutulub

Raketlərdən biri NATO missiyasının baş qərargahına düşüb

Kabilin bir sıra ölkələrin diplomatik nümayəndəlikləri yerləşən Vəzir Əkbər Xan məhəlləsi raket atəşinə tutulub.

"Report" "Tolo News" nəşrinə istinadən xəbər verir ki, raketlərdən biri NATO-nun "Qətiyyətli dəstək" adlı missiyasının baş qərargahına düşüb.

İlkin məlumatlara görə, nəticədə zərər çəkən olmayıb.