ABŞ-ın büdcə kəsiri təxminən 666 milyard dollara çatıb


İqtisadiyyat 21 Okt 2017 06:22:30 313 0

ABŞ-ın büdcə kəsiri təxminən 666 milyard dollara çatıb

Büdcə kəsiri 2017-ci maliyyə ilində 80 milyard dollar artıb

ABŞ-ın 2017-ci maliyyə ilində büdcə kəsiri 80 milyard dollar artaraq 665,7 mlrd. dollara çatıb.

“Report” "Associated Press"ə istinadən xəbər verir ki, bu barədə Amerika Maliyyə Nazirliyinin məlumatları deməyə əsas verir.

Bildirilir ki, 2016-cı ildə büdcə kəsiri 585 mlrd. dollar, 2015-ci ildə isə 438 mlrd. dollar təşkil edib.

Prezident Administrasiyasının rəyinə görə, bu rəqəm vergilərə yenidən baxılması üzrə tədbirlərə ehtiyac olduğunu göstərir.

Bundan əvvəl ABŞ Senatı 2018-ci maliyyə ili üçün büdcə layihəsini təsdiq edib.