Somalidə terror aktı nəticəsində ölənlərin sayı 350 nəfəri ötüb


Dünya 21 Okt 2017 04:58:18 256 0

Somalidə terror aktı nəticəsində ölənlərin sayı 350 nəfəri ötüb

Yaralılardan 122 nəfəri təyyarələr vasitəsi ilə Türkiyə, Sudan və Keniyaya göndərilib

Somalinin paytaxtı Moqadişoda yük maşınının partladılması nəticəsində ölənlərin sayı 350 nəfəri ötüb.

“Report” xəbər verir ki, bunu Somalinin informasiya naziri Əbdürrəhman Osman deyib.

"Zərərçəkənlər barədə son məlumatlar: 642 nəfərdən 358-i ölüb, 228-i yaralanıb, 56-sı isə itkin düşüb", — deyə o "Twitter"də yazıb.

Nazir qeyd edib ki, yaralılardan 122 nəfəri təyyarələr vasitəsi ilə Türkiyə, Sudan və Keniyaya göndərilib.

Bundan əvvəl 300 nəfərin öldüyü bildirilirdi.

Oktyabrın 14-də Moqadişoda Xodan rayonu ərazisində yerləşən mehmanxana qarşısında minalanmış yük maşını partladılıb.