Britaniya Parlamentində Azərbaycanda qadın hüquqlarının inkişafı məsələlərindən danışılacaq


Siyasət 21 Okt 2017 03:21:24 269 0

Britaniya Parlamentində Azərbaycanda qadın hüquqlarının inkişafı məsələlərindən danışılacaq

Müzakirələr Britaniya Parlamenti üzvlərinin təşəbbüsü ilə baş tutacaq

Londonda Böyük Britaniya Parlamenti üzvlərinin təşəbbüsü və dəvəti, Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, professor Hicran Hüseynovanın iştirakı ilə Azərbaycanda qadın hüquqlarının inkişafı, əldə edilmiş tarixi nailiyyətlərə həsr edilmiş debat keçiriləcək.

“Report”un Qərbi Avropa bürosu məlumat verir ki, debat 26 oktyabr tarixində, Böyük Britaniya Parlamentində baş tutacaq.

Debatda qadınlara səsvermə hüququnun verilməsinin 100 illik tarixindən, Azərbaycan qadınlarının idarəçilikdəki rolundan və qadın hüququnun inkişafında əldə edilmiş digər nailiyyətlərdən danışılacaq.

Vüsalə İsmətqızı