Qahirədə terrorçularla qarşıdurma zamanı 30 xüsusi təyinatlı ölüb


Digərləri 21 Okt 2017 03:12:31 260 0

Qahirədə terrorçularla qarşıdurma zamanı 30 xüsusi təyinatlı ölüb

Misirin paytaxtı Qahirə yaxınlığında xüsusi təyinatlı qüvvələrinin terrorçular ilə qarşıdurması nəticəsində 30 xüsusi təyinatlı ölüb.

Bakı. Misirin paytaxtı Qahirə yaxınlığında xüsusi təyinatlı qüvvələrinin terrorçular ilə qarşıdurması nəticəsində 30 xüsusi təyinatlı ölüb. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, hüquq mühafizə orqanları Qahirədən 135 km aralıqda yerləşən əl-Vahat rayonunda gizlənən terror qruplaşmasının zərərsizləşdirilməsi üzrə əməliyyat aparıb. Terrorçular ölkə ərazisində törədilən bir sıra terror aktlarında əli olduğu qeyd olunub.