Dövlət orqanları aparatının və onun bölmələrinin adlarının təsdiq edilməsi barədə qərara dəyişikliklər edilib


Siyasət 21 Okt 2017 01:57:00 307 0

Dövlət orqanları aparatının və onun bölmələrinin adlarının təsdiq edilməsi barədə qərara dəyişikliklər edilib

Siyahıya Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatı da əlavə olunub

Nazirlər Kabineti “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adlarının təsdiq edilməsi barədə” qərarında dəyişikliklər edib.

“Report” xəbər verir ki, baş nazir Artur Rasi-zadənin imzaladığı sənəddə bildirilir:

1. “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Aparatı” sözlərindən sonra “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatı” sözləri əlavə edilsin.

2. “Naxçıvan Muxtar Respublikası üzrə:” hissəsinə “Xarici Kəşfiyyat Xidmətinin Aparatı” sözlərindən sonra “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatı” sözləri əlavə edilsin.