Azərbaycanda bir sıra dövlət qurumlarının istifadəsində olan xidməti avtomobillər geri alınıb


İqtisadiyyat 21 Okt 2017 01:05:04 302 0

Azərbaycanda bir sıra dövlət qurumlarının istifadəsində olan xidməti avtomobillər geri alınıb

Üç dövlət idarəsinin xidməti avtomobillərdən istifadəsinə xitam verilib

Azərbaycanın bir sıra dövlət qurumlarında xidməti avtomobillərdən istifadə aradan qaldırlıb.

“Report” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” qərarına edilən dəyişiklikdə deyilir.

Qərara görə, Milli Arxiv İdarəsi, "İcərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin istifadəsində olan 7 ədəd xidməti avtomobil geri alınıb.