Dünya şöhrətli müğənni: "Bu dünyada qadın kimi yaşamaq asan deyil" FOTO


Digərləri 20 Okt 2017 23:56:00 392 0

Dünya şöhrətli müğənni: "Bu dünyada qadın kimi yaşamaq asan deyil"  FOTO

"Gözəllik daxildən gəlir. Özünüzü azad hiss etsəniz, ətrafınızı sizi xoşbəxt edəcək insanlarla doldursanız, hər zaman gözəl qalmamaq üçün bir səbəb yoxdur. Məncə, mən 10 il əvvəllə müqayisədə daha gözəl görünürəm, çünki problemləri artıq özümə o qədər çox yük etmirəm".

Son.az xəbər verir ki, bu sözləri bir neçə gün əvvəl Bakıda konsert proqramı ilə çıxış edən fransalı müğənni Patrisiya Kaas deyib. Dünya şöhrətli Patrisiya Kaas "Hürriyet"ə müsahibə verib. Məhəbbət mahnılarının ifaçısı müsahibəsində dünyada qadın kimi yaşamağın çətinliyinə də toxunub.

- Konsertlərinizdə hər kəsə telefonlarını söndürməyi xahiş edirsiniz. Halbuki paylaşım dövründəyik. Nə üçün tamaşaçıdan telefonlarını bir kənara qoymağı istəyirsiniz?

- Rabitə, paylaşım çağı dediyiniz şeylərə dözə bilmirəm. Məncə, insanlar bir-biri ilə ünsiyyət qurmalıdır. Hər kəs telefonla oynayır, hər şeyini sosial şəbəkədə paylaşır. Bu da gözəldir, amma əsas olan detalları unuduruq. Gözlərinizi həyata açın, insanlarla danışın, bir konsertə gedirsinizsə, həqiqətən orada olun, musiqini dinləyin. Telefonla nə isə çəkmək həvəsi konsertdən zövq almağa imkan vermir. Mən tamaşaçımla real ünsiyyət qurmaq istəyirəm. Aramıza telefon və sosial medianın girməsini istəmirəm.

- Konsert turunuzda Livan, Ukrayna və Azərbaycan kimi ölkələr daxildir. Fransızca mahnı söyləyən sənətkar kimi vermək istədiyiniz mesaj"musiqi birləşə bilər"?

- Təbii ki, musiqinin birləşdirici gücü danılmazdır. Amma onu da deyim ki, hər ölkədə tamaşaçıların davranışı fərqli olur. Məsələn, Yaponiyada mən "Artıq alqışlaya bilərsiniz" deyənə qədər heç kim reaksiya vermir. Bu, orada hörmət əlaməti kimi qəbul olunur. Koreyalı tamaşaçılar isə çox çılğındır. O ölkəyə beynəlxalq dərəcəli sənətçilər çox getmədiyi üçün hədsiz dərəcədə xoşbəxt olurlar. Türklər də istiqanlıdır, onlar sevgi hissini və hörmətini ifadə etməkdən çəkinmir.

- Dünyanın dörd bir tərəfində baş verən terror hücumları sənətkar kimi sizə necə təsir edir?

- Dünya on üç ildə çox qəribə olub. Amma həyat davam edir. Yaşamağa, paylaşmağa davam etmək mühümdür. Mən siyasətçi deyiləm, o işlərdə heç gözüm yoxdur. Mən sadəcə sənətçiyəm. Sənətkarın vəzifəsi onu dinləmək istəyənlərlə musiqisini bölüşməkdir. Səhnəyə çıxarkən "Başıma nələr gələcək" deyə düşünmürəm. Əgər bir şey vaqe olacaqsa, başınıza bəla gələcəksə, onsuz da o sizi hər yerdə gəlib tapa bilər. Təəssüf ki, bəlanın baş vermə ehtimalı bəlkə də keçmişə nisbətən daha da artıb. Amma nə edə bilərik? Bütün dünya ağlını itirib, həyatsa davam etməlidir... Mənə elə gəlir ki, sanki son dövrdə dünya geriyə gedir.


Xəbərə aid fotolar