Qardaş ölkədə "Azərbaycan toyu" FOTO


Kriminal 20 Okt 2017 23:42:00 448 0

Qardaş ölkədə "Azərbaycan toyu"  FOTO

Azərbaycan Respublikasının müstəqilliyinin 26-cı ildönümü münasibətilə Əskişəhərdə "Azərbaycan toyu" adlı konsert proqramı təşkil edilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, konsert Əskişəhər Azərbaycanlılar Dərnəyinin təşkilatçılığı ilə reallaşıb.

Əskişəhər valiliyinin, Azərbaycan Belçika Dostluq Cəmiyyətinin, Əskişəhər Azərbaycanlılar Dərnəyinin nümayəndələrinin və digər qonaqların iştirak etdiyi konsertdə qurumun "Turan" musiqi qrupu çıxış edib.

Konsertdə "Vağzalı", "Azərbaycanım", "Anadır arzulara hər zaman Qarabağ", "Necə unudum səni", "Qal sənə qurban", "Payız gəldi", "Çırpınırdı Qara dəniz", "Azərbaycan, Türkiyə", "Yaşa Azərbaycan" mahnıları ifa edilib, şeirlər səsləndirilib.


Xəbərə aid fotolar