100dən çox İŞİD üzvünü öldürən 24 yaşlı tələbə qıza görə 1 milyon dollarlıq vəd FOTO


Digərləri 20 Okt 2017 23:36:00 376 0

100dən çox İŞİD üzvünü öldürən 24 yaşlı tələbə qıza görə 1 milyon dollarlıq vəd  FOTO

Coanna Palani - 24 yaşlı danimarkalı tələbədir. Onun qətli üçün 1 milyon dollar mükafat təyin edildi. Niyə? Kimdir Coanna Palani?

Son.az bildirir ki, Coanna İŞİD-in 100-dən çox döyüşçüsünü öldürüb. O, İŞİD-ə qarşı İraq Kürdüstanının özünümüdafiə gücləri - peşmergə tərəfindən vuruşurdu.

Coanna iran-kürd əsillidir. O, Fars körfəzində müharibə zamanı İraqda qaçqınlar üçün ayrılan düşərgədə doğulub.

Coannanın 2 yaşı olanda ailə döyüş zonasından çıxmağı bacarır. O, ilk dəfə əlinə silahı 9 yaşında ikən götürür. Artıq 2014-cü ildə Danimarkada kolleci atır və Suriyaya yola düşür.

O zaman öz feysbuk səhifəsində qərarını belə izah edirdi ki, "Avropa dəyərləri, qadın hüquqları və demokratiya üçün mübarizə aparmaq lazımdır".


Xəbərə aid fotolar