Azərbaycan neftinin SON QİYMƏTİ


Digərləri 20 Okt 2017 23:14:00 316 0

Azərbaycan neftinin SON QİYMƏTİ

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 19-da 58,63 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,21 dollar/barel azdır. Son.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 19-da 57,86 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,17 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 19-da 55,16 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 0,58 dollar/barel azdır.