Almaniyada poçt bağlamalarını robotpoçtalyonlar çatdıracaq


Digərləri 20 Okt 2017 22:24:00 372 0

Almaniyada poçt bağlamalarını robotpoçtalyonlar çatdıracaq

Bad-Hersfeld şəhərinin meri eksperimental infrastruktur layihəsinə yaşıl işıq yandırıb. Yaxın altı həftə ərzində DHL çatdırma xidmətinin poçtalyon və əməkdaşları robotlarla birgə işləməyə başlayacaq. Avtonom işləyən maşınlar şəhərin küçələrində sərbəst hərəkət edərək bağlamaları çatdıracaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, DHL şirkəti innovasiya və cəsarətli qərarlara meyl göstərir. Bu ilin payızında şirkət avtonom maşınlar parkının yaradılmasına start verilib və ilk olaraq "PostBOT" və "Parcelcopter" robotları hazırlanıb. Onların biri uçur, digəri yerdə hərəkət edir.