Borclunun yox, zamin duran şəxsin ölkədən çıxışına qadağa qoyuldu VİDEO


Digərləri 20 Okt 2017 21:45:00 376 0

Borclunun yox, zamin duran şəxsin ölkədən çıxışına qadağa qoyuldu  VİDEO

Bankda iş yoldaşına zamin duran şəxsin ölkədən çıxışına qadağa qoyuldu.

Son.az bildirir ki, səbəb isə, iş yoldaşının banka olan borcunu vaxtında ödəməməsi olub.

Belə problemlə Rövşən Hüseynov qarşılaşıb. O iddia edir ki, Ərşad Məmmədov 2011-ci ildə bankdan 5 min manat kredit götürmək üçün ondan zamin durmasını istəyib. Rövşən Hüseynov da bununla razılaşb. Həmin şəxs 2014-cü ilə qədər hər ay pulu vaxtında ödəyib. Ancaq sonradan pulun qalan hissəsi ödənilmədiyindən banka 400 manatdan çox borcu yaranıb.

Maraqlısı isə budur ki, bankdan pulu götürən əsas borclunun ölkədən çıxışına qadağa qoyulmayıb. Halbuki, borca görə əsas məsuliyyət bankdan pulu götürənin üzərinə düşür. Üstəlik, ölkədən çıxışına qadağa qoyulması haqda məhkəmə qərarı da ona verilməyib.