Zamiq Hüseynov Opera və Balet Teatrında canlı konsert proqramı ilə çıxış edəcək (VİDEO)


Digərləri 20 Okt 2017 21:49:10 356 0

Zamiq Hüseynov Opera və Balet Teatrında  canlı konsert proqramı ilə çıxış edəcək (VİDEO)

Zamiq Hüseynov noyabr ayının 20-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında canlı konsert proqramı ilə çıxış edəcək.

Bakı. Gənc, populyar və sevilən müğənni Zamiq Hüseynov noyabr ayının 20-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında canlı konsert proqramı ilə çıxış edəcək. Trend-in məlumatına görə, “Kaman” adlanan konsertdə Zamiq öz ifasında sevilib populyarlıq qazanan mahnıları ilə yanaşı, görkəmli və əbədiyaşar bəstəkarlar Tofiq Quliyev, Emin Sabitoğlu, Rauf Hacıyev, Cahangir Cahangirov və digər bəstəkarların unudulmaz mahnılarını ifa edəcək. Müğənnini Azərbaycan Televiziya və Radiosunun Niyazi adına Simfonik Orkestri müşayiət edəcək. Your browser doesn't support video. Please download the file: video/mp4