Azərbaycanlı aktyordan etiraf: "Pərvin Abıyevaya görə ailəmdə problem olmasını istəmirəm" FOTO


Kriminal 20 Okt 2017 21:06:00 342 0

Azərbaycanlı aktyordan etiraf: "Pərvin Abıyevaya görə ailəmdə problem olmasını istəmirəm"  FOTO

"Ailəmi dolandırmaq üçün peraşki də sataram"

Aktyor Qərib Nəsibovun Son.az-a müsahibəsi.

- Qərib, gənc aktyorlara yaradılan imkanlardan nə dərəcədə yararlana bilirsiz?

- Gənc aktyorlara yaradılan imkanlardan, hələ ki, heç cürə yararlana bilməmişəm. Çünki o imkan mənə hələ yaradılmayıb ki, özümü tam təsdiqləyim, bacarığımı göstərə bilim. Bu günlərdə "Laləli saray" serialının 3 bölümündə qonaq aktyor kimi çəkildim. Bu serial aktyor imkanlarımı göstərməyim üçün gözəl bir vasitə idi, amma təəssüflər olsun ki, 3-cü bölümdən həbsxanaya düşüb, orada rəhmətə gedirəm.

- Həmkarlarınızdan bəziləri ekran işlərində qonaq aktyor kimi çəkilməyi özlərinə yaraşdırmır.

- "Laləli saray" serialında çəkilməyimə səbəb yaradıcı mühitlə, rejissor Şahin Qəhrəmanla tanış olmağım idi. Qonaq aktyor kimi yalnız bu hallarda çəkilə bilərəm. Tanıdığım və münasibətim olan rejissor məni qonaq aktyor kimi seriala dəvət etsə, o roldan imtina edərəm. Çünki həmin rejissor məni tanıyır, istedadıma və aktyor oyunuma bələddir.

- Çəkiliş həmişə olur?

- Xeyr, elə vaxt olur ki, 2 ay olur 5 ay olmur. Bu sənətdə gərək tanışın olsun ki, səni filmlərə çəksin.

- Ailəli olduğunuzu bilirəm. Bəs çəkiliş olmayanda evi kim dolandırır?

- Çəkilişdən-çəkilişə qazancım olduğu üçün başqa işlərə də yönəlirəm. Çünki çəkilişlərdən o qədər də çox qazanmıram ki, məni tam təmin etsin.

- Hansı işlərdir ki, onlar?

- Mənim aləmimdə işləmək ayıb iş deyildir, ayıb odur ki, əlin-ayağın yerində ola-ola evdə oturasan. Ailəmi dolandırmaq üçün lazım olsa yolda peraşki də sataram. Necə ki, bu sənətə aid olmayan işlərdə çalışmışam. Buna görə qətiyyən utanmıram.

- Qərib, ustad sənətkarların gənc aktyorlardan narazılığı geniş vüsət alıb. Sizcə, niyə iki nəsil aktyorları arasında ikitirəlik yaranıb?

- Əslində, ustad sənətkarların yetişən gənc aktyor nəslini bəyənməməsi normaldır. İndi universitet bitirməyən fəhlə, sürücü, model də aktyor kimi fəaliyyət göstərir. Digər peşə sahibləri artıq aktyor olublar. Ona görə də bilinmir ki, kim-kimdir.

- Sizin aktyor təhsiliniz varmı?

- Bəli, mən Mədəniyyət və İncəsənət Universitetinin dram rejissorluğu fakültəsini bitirmişəm. Vaqif İbrahimoğlu və Məmməd Səfadan dərs almışam.

- Vaqif İbrahimoğlu tələbələrini Yuğ Teatrına cəlb edirdi. Sizi niyə teatra dəvət etməyib ki?