Əməkdar artist: "Ərim evə gəlmirsə, əcəb edir"


Şou-biznes 20 Okt 2017 20:12:00 362 0

Əməkdar artist: "Ərim evə gəlmirsə, əcəb edir"

Əməkdar artist Elnarə Abdullayeva "5/5" verilişinin qonağı olub. 

Son.az axşam.az-a istinadən xəbər verir ki, muğam ifaçısı aparıc Zaur Kamalın ona ünvanladığı şəxsi həyatı ilə bağlı sualları cavablandırıb. 

Xanəndə bildirib ki, ərinin evə gec gəlməsinə pis baxmır:

"Evə gəlmirsə, əcəb edir. İşi var ki, gəlmir. Xəbər edir ki, işim var. Xoşum gəlmir kişini sıxmaqdan, tez-tez "hardasan?" soruşmaqdan. Kişidir, gələcək da, çöldə yatacaq ki? Qadın hər şeyə göz yummalıdır, yumuram da. Düşüncəli insan hər şeyi bilməlidir".

Abdullayeva aparıcının "Əsıbiləşəndə götürüb telefonu yerə çırpırsan axı" sualına "Hirslənəndə öz telefonumu çırpıram. Elxana əsəbiləşməmişəm" cavabını verib.