3-cü rübün nəticələrinə görə bank VTB-nin (Azərbaycan) depozit portfeli artıb


Digərləri 20 Okt 2017 20:18:56 221 0

3-cü rübün nəticələrinə görə bank VTB-nin (Azərbaycan) depozit portfeli artıb

2017-ci ilin 3-cü rübünün nəticələrinə görə, bank VTB-nin (Azərbaycan) depozit portfeli 4,3 mln manat artaraq 183,4 mln manat təşkil edib.

Bakı. 2017-ci ilin 3-cü rübünün nəticələrinə görə, bank VTB-nin (Azərbaycan) depozit portfeli 4,3 mln manat artaraq 183,4 mln manat təşkil edib. Bankın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, depozit portfelinin 142,9 mln manatı bank və digər maliyyə institutlarının payına düşüb. Üçüncü rübün sonuna bankın kredit portfeli 304,5 mln manat təşkil edib. Kredit portfelinin 60%-dən çoxu hüquqi şəxslərin və sahibkarların payına düşür: təxminən 47% ticarət və xidmət sahəsinə, 15% isə sənaye sektorundakı layihələrə yönəlib. Hesabat dövrü ərzində bankın aktivləri 395 mln manatı keçib, bankın mənfəəti isə 2,4 mln manat təşkil edib. Normativ tələbləri 5% və 10% olan birinci və ikinci dərəcəli kapital adekvatlığı üzrə göstəricilər bankda müvafiq olaraq 33,54% və 50,69% təşkil edib.