Füzulidə top mərmisinin partlamış hissəsi aşkarlandı FOTO


Dünya 20 Okt 2017 20:02:00 290 0

Füzulidə top mərmisinin partlamış hissəsi aşkarlandı  FOTO

Füzulidə top mərmisinin partlamış hissəsi aşkarlanıb.

Son.az bildirir ki, Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Füzuli rayonunun "Şpartı" adlanan ərazisində 1 ədəd partlamamış hərbi sursatın olması barədə məlumatlar daxil olub.

Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.


Xəbərə aid fotolar