Yeni hərbi hissə istifadəyə verildi FOTO


Digərləri 20 Okt 2017 19:51:23 281 0

Yeni hərbi hissə istifadəyə verildi  FOTO

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Hava Hücumundan Müdafiə (HHM) qoşunlarının yeni inşa edilmiş N nömrəli hərbi hissəsinin açılışında iştirak edərək hərbi qulluqçular üçün yaradılmış şəraitlə tanış olub.

Nazirlıikdən Son.az-a verilən məlumata görə, Müdafiə Nazirliyinin rəhbərliyi hərbi hissənin qərargahı, əsgər yataqxanası, yeməkxana, tibb məntəqəsi, sıra meydanı, idman şəhərciyi, eləcə də digər xidməti və inzibati obyektlərə baxış keçirib.

Sonra Müdafiə naziri döyüş idarəetmə məntəqəsinə gələrək orada quraşdırılmış çoxməqsədli radiolokasiya stansiyaları, atıcı qurğular və digər döyüş vasitələrinin təyinatı, tərkibi, eləcə də taktiki-texniki xassələri ilə maraqlanıb.


Xəbərə aid fotolar