Polşada naməlum şəxs bıçaqla kütlənin üzərinə hücum edib, 1 nəfər ölüb, 8-i yaralanıb


Dünya 20 Okt 2017 19:27:23 292 0

Polşada naməlum şəxs bıçaqla kütlənin üzərinə hücum edib, 1 nəfər ölüb, 8-i yaralanıb

Təxminən 27 yaşlı kişi binaya daxil olaraq qarşısına çıxan hər kəsə bıçaqla zərbələr endirib

Polşada naməlum şəxs bıçaqla kütlənin üzərinə hücum edib. 

"Report" RFM FM radiosuna istinadən xəbər verir ki, hadisə ölkənin cənub-şərqindəki "VIVO!" Ticarət Mərkəzində qeydə alınıb. 

Təxminən 27 yaşlı kişi binaya daxil olaraq qarşısına çıxan hər kəsə bıçaqla zərbələr endirib. 

Nəticədə 1 nəfər ölüb, 8 nəfər yaralanıb.