Xavi: "Neymar klubunu dəyişmək istədiyini Messinin toyunda bizə dedi"


İdman 20 Okt 2017 19:33:00 353 0

Xavi: "Neymar klubunu dəyişmək istədiyini Messinin toyunda bizə dedi"

"Barcelona"nın sabiq kapitanı Xavi Neymarın PSG klubuna keçmək qərarı barədə onu Messinin toyunda məlumatlandırdığını deyir. Goal.az xəbər verir ki, təcrübəli futbolçu vaxtilə "Manchester United" gələn təklifi də rədd etdiyini bildirib.

"Bəzən "United" və Aleks Ferqyussonun qardaşı ilə mənim ora transferimi müzakirə edirdik. Amma "Barcelona" mənim klubum idi. Orda qalmaq qərarını verdim. "Barcelona" sevimli komandamdır. O, dünyanın ən yaxşı klubudur.

Neymar Messinin toyunda (iyul) bizə klubunu dəyişmək istədiyini açıqladı. Ondan səbəbini soruşdum? Dedi: "Barcelona"da xoşbəxt deyiləm. Getməyə və PSG ilə Avropada yeni sınaqlara qatılmağa üstünlük verirəm". Sonda bunu etdi. Onun seçiminə hörmətlə yanaşmaq lazımdır. Məncə, Neymar və Mbappe ilə PSG Çempionlar Liqasının qalibi olmaq üçün yaxşı şans qazanıb".

Neymar və Xavi 2013-15-ci illərdə birlikdə katalonların şərəfini qoruyub. 2015-ci ildə 37 yaşlı havbek Qətərin "Al Sadd" klubuna keçmişdi.