Kabildə məscid partlayıb - 30 ölü


Digərləri 20 Okt 2017 19:31:00 261 0

Kabildə məscid partlayıb - 30 ölü

Əfqanıstanın paytaxtı Kabildə məsciddə terrorçu-kamikadze özünü partladıb.

Bakı. Əfqanıstanın paytaxtı Kabildə məsciddə terrorçu-kamikadze özünü partladıb. Trend-in məlumatına görə, partlayışda 30 nəfər ölüb, 20 nəfər yaralanıb. Ölənlər arasında qadın və uşaqlar da var. İkinci partlayış isə Qur əyalətində baş verib. Həmin partlayışda 10 nəfər ölüb. Terror hadisələrinə görə, məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.