Moskvada hansı ölkə vətəndaşları qanunu daha çox pozur?


Dünya 20 Okt 2017 19:24:00 292 0

Moskvada hansı ölkə vətəndaşları qanunu daha çox pozur?

Moskvada qanunları ən çox pozan əcnəbilər Özbəkistan, Ukrayna və Qırğızıstan vətəndaşlarıdır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhər idarəsi məlumat verib.

Qeyd olunur ki, 2017-ci ildə əcnəbi vətəndaşlar tərəfindən Moskva ərazisində 4500-dən çox qanun pozuntusu qeydə alınıb. Məlumata görə, daha çox pozuntular adı çəkilən ölkələrin vətəndaşları tərəfindən həyata keçirilib.