Üzərində Ermənistan bayrağının olduğu iddia edilən avtomobilin sahibi:


Digərləri 20 Okt 2017 19:09:19 377 0

Üzərində Ermənistan bayrağının olduğu iddia edilən avtomobilin sahibi:

Bakıda üzərində Ermənistan bayrağının rəngləri olduğu deyilən avtomobilin sahibi Şahin Xanəliyev məsələyə aydınlıq gətirib.

Son.az bildirir ki, Ş.Xanəliyev Trend-ə açıqlamasında bildirib:

"Mən özüm Çexiyada yaşayıram. Bu gün Azərbaycana gəlmişəm və avtomobili məhz bu gün idarə etmişəm. Ancaq o avtomobili təqribən 5 il əvvəl Bakıda avtosalonlardan birindən almışam. Avtomobili aldığım zaman üzərində həmin işarə olub. Bu, Ermənistanın bayrağı deyil. Necə ola bilər ki, avtomobilin üzərində Ermənistanın bayrağı olsun, mən də ona göz yumum?! Ola bilər rənglər hansısa formada uyğun gəlsin, ancaq Ermənistanın bayrağı deyil".


Xəbərə aid fotolar