Kabulda məsciddə partlayış törədilib, xeyli sayda ölən və yaralanan var


Dünya 20 Okt 2017 18:13:00 260 0

Kabulda məsciddə partlayış törədilib, xeyli sayda ölən və yaralanan var

Ölü sayının artacağı istisna edilmir

Əfqanıstanın paytaxtı Kabulda terror aktı törədilib. 

"Report" "Haberturk"ə istinadən xəbər verir ki, terrorçu-kamikadze məscidin içərisində özünü partladıb. 

Xəbərdə dağıntılar altından ən azı 30 nəfərin meyitinin çıxarıldığı və ölü sayının artacağının istisna edilmədiyi bildirilir.