Xuan Matanın layihəsinə daha 2 futbolçu qoşulub


İdman 20 Okt 2017 18:16:00 330 0

Xuan Matanın layihəsinə daha 2 futbolçu qoşulub

"Manchester United"in yarımmüdafiəçisi Xuan Matanın "Common Goal" layihəsinə qoşulanların sayı artmaqdadır. Goal.az xəbər verir ki, "Swansea City" və "Bournemouth"un müdafiəçiləri Alfi Mouson və Çarli Deniels də məvacibinin 1%-ni xeyriyyə fonduna köçürəcək.

Mata avqustun əvvəlində bu təşəbbüslə çıxış etmiş və həmkarlarını da buna dəstək verməyə çağırmışdı. Bu layihəni "qırmızı şeytanlar"ın baş məşqçisi Joze Mourinyo daxil olmaqla, bir sıra futbol simaları dəstəkləmişdi.