Azərbaycanda təqaüd alan tələbələrin xüsusi çəkisi azalıb


Sosial 20 Okt 2017 17:46:00 321 0

Azərbaycanda təqaüd alan tələbələrin xüsusi çəkisi azalıb

Təhsil alanların sayı isə artıb

Azərbaycanın dövlət ali təhsil müəssisələrinin əyani şöbələrində təhsil alan tələbələrin ümumi sayında artım olsa da, təqaüd alanların xüsusi çəkisi 2000-ci illə müqayisədə xeyli azalıb və azalmaqda davam edir.

"Report"un Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2016-2017-ci tədris ilində dövlət ali təhsil müəssisələrinin əyani şöbələrində təhsil alan tələbələrin sadəcə 36,3 faizi təqaüd alır.

2000-ci ildə bu göstərici 45 faiz olub. 2015-2016-cı tədris ilində təqaüd alanlar 37,3 faiz təşkil edib.

Qeyd edək ki, 2000-2011-ci tədris ilində ali təhsil müəssisələrində təhsil alan tələbələrin sayı 119,7 min, 2015-2016-cı tədris ilində 161,2, 2016-2017-ci tədris ilində isə 163,8 min nəfər təşkil edib.